fbpx AİB ASİYA VƏ SAKİT OKEAN ÖLKƏLƏRİNİN DƏYİŞƏN EHTİYACLARINA CAVAB VERMƏK ÜÇÜN 2030-CU İLƏDƏK STRATEGİYASINI HƏYATA KEÇİRİR | Asian Development Bank

AİB ASİYA VƏ SAKİT OKEAN ÖLKƏLƏRİNİN DƏYİŞƏN EHTİYACLARINA CAVAB VERMƏK ÜÇÜN 2030-CU İLƏDƏK STRATEGİYASINI HƏYATA KEÇİRİR

MANİLA, FİLİPİN (26 iyul 2018-ci il) — Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Asiya və Sakit okean regionun inkişaf edən ehtiyaclarına təşkilatın geniş perspektivini və strateji reaksiyasını əks etdirən uzunmüddətli 2030-cu ilədək Srategiyasını təsdiqləyib.

"Asiya və Sakit okean regionu, son yarım əsrdə yoxsulluğun azaldılması və iqtisadi artımda böyük irəliləyişə nail olmuşdur, lakin bitməmiş inkişaf gündəmləri var", deyə AİB-in prezidenti cənab Takexiko Nakao bildirib. "2030-cu ilədək Strategiyasına əsasən, biz maliyyə, bilik və tərəfdaşlıqları bir araya gətirəcəyik, həddindən artıq yoxsulluğun aradan qaldırılması və firavan, inklüziv, möhkəm və davamlı bir regiona perspektivimizi genişləndirmək üçün səylərimizi davam etdirəcəyik ".

AİB-in istəkləri Davamlı İnkişaf Məqsədləri, İnkişaf Gündəminin Maliyyələşdirilməsi, İqlim Dəyişikliyi üzrə Paris Sazişi və Afət Riskinin Azaldılması üzrə Sendai Çərçivəsi kimi əsas qlobal öhdəliklərlə uyğunlaşdırılır. Asiya və Sakit okean regionun ölçüsünü nəzərə alaraq, bu cür öhdəliklərə nail olmaq, regionun müvəffəqiyyətinə kritik olaraq bağlıdır.

2030-cu ilədək Strategiya, iddialı qlobal inkişaf gündəminin xüsusi yerli şərtlərə uyğun olması lazım olduğunu tanıyır. AİB ölkəyə yönəldilmiş yanaşmasını gücləndirəcək, yenilikçi texnologiyalardan istifadəni təşviq edəcək, bir sıra sektor və mövzularda dövlət və özəl sektor əməliyyatlarının birləşməsi vasitəsilə təcrübəni birləşdirən inteqrasiya olunmuş müdaxilələr təqdim edəcək.

AİB regionun ən yoxsul və ən həssas ölkələrinə dəstək verməyə davam edəcək. Kövrək və münaqişələrdən təsirlənən yerlər, kiçik adaların olduğu inkişaf etməkdə olan ölkələr, aşağı gəlirli, aşağı orta gəlirli və yuxarı orta gəlirli ölkələr kimi müxtəlif ölkələr qruplarının müxtəlif ehtiyaclarını ödəmək üçün fərqli yanaşmalar tətbiq edəcək. AİB bu ölkələrdə inkişafdan geri qalmış sahələr, yoxsul rayonlar və dayanıqlı olmayan sahələrə dəstəyin göstərilməsi işini əsas prioritet kimi götürəcək.

İnfrastruktur investisiyaları, xüsusilə yaşıl, davamlı, inklüziv və möhkəm olanlar, əsas prioritetlərdən biridir. Eyni zamanda, AİB təhsil, səhiyyə və sosial müdafiə kimi sosial sahələrdə əməliyyatları genişləndirəcək.

AİB-in dəstəyi yeddi əməliyyat prioritetinə yönəldiləcəkdir: (i) qalan yoxsulluğun aradan qaldırılması və bərabərsizliyin azaldılması; (ii) gender bərabərliyində irəliləyişlərin sürətləndirilməsi; (iii) iqlim dəyişikliyinə qarşı mübarizə, iqlim və fəlakətə qarşı davamlılıq yaratmaq və ekoloji davamlılığı artırmaq; (iv) şəhərləri daha dinamik hala gətirmək; (v) kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi; (vi) idarəetmə və institusional bacarıqların gücləndirilməsi; və (vii) regional əməkdaşlıq və inteqrasiyanın təşviqi.

AİB-in həyata keçirdiyi əməliyyatların ən azı 75% -i (dövlət zəmanəti olan və olamayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) 2030-cu ilədək gender bərabərliyini təmin edəcəkdir. 2030-cu ilə kimi AİB həyata keçirilən əməliyyatların 75%-ni (dövlət zəmanəti olan və olamayan əməliyyatlar da daxil olmaqla 3 il müddətinə) iqlim dəyişikliyinin təsirinin azaldılmasına və adaptasiyasına istiqamətləndirəcək. 2019-cu ildən 2030-cu ilə kimi olan dövrdə AİB-in öz resurslarından iqlim maliyyələşməsi 80 milyard dollara çatacaq. 2019-cu ilin ortalarında hazırlanacaq yeni bir korporativ nəticələr bazası AİB-nin digər əməliyyat prioritetləri üçün daha çox hədəflərdən ibarət olacaqdır.

2030-cu ilədək Strategiya çərçivəsində yeddi əməliyyat prioritetini dəstəkləmək üçün AİB 2024-cü ilədək əməliyyatların üçdə birinə çatmaq məqsədilə özəl sektor əməliyyatlarını genişləndirəcək və şaxələndirəcəkdir. "Özəl sektor üzrə əməliyyatlarımızı kövrək və münaqişələrdən təsirlənən yerlər, kiçik adaların olduğu inkişaf etməkdə olan ölkələr kimi yeni və sərhəd bölgələri bazarlarında genişləndirəcəyik. Biz hətta daha çox dövlət-özəl tərəfdaşlığı dəstəkləyəcəyik ", deyə cənab Nakao bildirib.

AİB-in özəl sektor əməliyyatları ekoloji, sosial və idarəetmə standartlarını yaxşılaşdırmağa yardım edəcək; bazarda mövcud olmayan maliyyələşdirməni məqbul şərtlərlə təmin edəcək; layihənin dizaynı və inkişafı nəticələrini yaxşılaşdıracaq; və algılanan riskləri azaldacaq. Yenilikçi infrastruktura əlavə olaraq, onlar aqrobiznesə dəstək artırır və özəl müəssisələr vasitəsilə sağlamlıq və təhsil kimi sosial sektorlara dəstək verəcəkdir.

AİB etibarlı maliyyəçi və maliyyə katalizatoru olmağa davam edəcəkdir. Cənab Nakao əlavə edib: "Müvəffəqiyyətimizin əsas ölçüsü öz maliyyələşməyimizin üzərinə səfərbər olan əlavə resusrsların həcmi və keyfiyyəti olacaqdır”. AİB 2030-cu ilədək uzunmüddətli birgə maliyyələşdirmənin əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir, özəl sektorun fəaliyyətinə maliyyələşdirmədə hər 1 dolları uzunmüddətli birgə maliyyələşdirmə ilə 2,50 dollar təşkil edir.

Müəssisə inkişaf etməkdə olan üzv ölkələri ilə ən müvafiq məlumat məhsulları və xidmətləri istehsal etmək üçün yaxından əməkdaşlıq edəcək. Proaktiv araşdırma aparacaq, yüksək keyfiyyətli siyasətlə bağlı məsləhətlər verəcək, ölkələrin institusional potensialını gücləndirəcək və bilik sahəsində əməkdaşlığı genişləndirəcək.

Daha güclü, daha yaxşı və daha sürətli olmağa çalışan AİB, mövcud texnologiyadan istifadə edərək, biznes proseslərinin dramatik bir şəkildə modernləşdirilməsini davam etdirəcək hansı ki, onun məhsullarını və alətlərini genişləndirəcək, insan resurslarını gücləndirəcək, rəqəmsal transformasiyasını sürətləndirəcəkdir. AİB işçi qüvvəsində müxtəlifliyə, o cümlədən gender bərabərliyinin və hamı üçün hörmətli iş mühitinin təşviq olunmasına sadiqdir. AİB təşkilat daxilində bilik və təcrübəni bir araya gətirərək "Bir AİB" anlayışını tətbiq edəcəkdir. Layihələrin hazırlanması, həyata keçirilməsi və monitorinqində vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edəcəkdir.

2030-cu ilədək Strategiyasını hazırlayarkən, aparıcı inkişaf mütəxəssisləri və qeyri-hökumət təşkilatları da daxil olmaqla, AİB-in üzvlüyündə geniş və təmsil olunan maraqlı tərəflər qrupu ilə geniş məsləhətləşmələr aparılmışdır.

AİB həddindən artıq yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirərkən firavan, inklüziv, möhkəm və davamlı Asiya və Sakit okean regionuna nail olmasına sadiqdir. 1966-cı ildə yaradılmış bu təşkilatın 67 üzvü var və onların 48-i regionda yerləşir. 2017-ci ildə AİB-in əməliyyatları 32,2 milyard dollar, o cümlədən birgə maliyyələşmə üzrə 11.9 milyard dollar təşkil edib.