fbpx ASİYADA HƏSSASLIQLARIN ARADAN QALDIRILMASI ÜÇÜN SİYASƏT ALƏTLƏRİ MÖVCUDDUR— HESABAT | Asian Development Bank

ASİYADA HƏSSASLIQLARIN ARADAN QALDIRILMASI ÜÇÜN SİYASƏT ALƏTLƏRİ MÖVCUDDUR— HESABAT

HONQ KONQ, ÇİN (26 sentyabr 2018-ci il) — Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına görə Asiya və Sakit okeanı regionunun siyasəti formalaşdıran şəxslərinin inkişaf etmiş iqtisadiyyatlarda pul siyasətinin sağlamlaşdırılması məqsədilə güclənən qlobal qeyri-müəyyənliyin və qlobal ticarətdə artan gərginliklərin on illiklərlə davam edən davamlı iqtisadi artımı sarsıtmamasını təmin edən müxtəlif seçimləri mövcuddur.

2018-ci il üzrə Asiyanın İnkişafı ilə bağlı İcmalın (Aİİ) Yeniləməsinin xüsusi bölməsində  makroiqtisadi stabilliyin gücləndirilməsi məqsədilə hazırlanan yaxşı əlaqələndirilən və proaktiv siyasətlərin tətbiqi ilə regionun qeyri-müəyyən qlobal mühiti necə yönləndirməsi təhlil olunur. Aİİ AİB-in əsas iqtisadi nəşridir.

“İnkişaf etməkdə olan Asiya 20 il əvvəl Asiyadakı maliyyə böhranından sonra çiçəklənmişdir, lakin yeni çağırışlar onun dayanıqlığı və iqtisadi inkişafı üçün təhlükə törədir” – AİB-in baş iqtisadçısı cənab Yasukuyi Sauvada belə deyib. “Birdən çox həssas sahəni ancaq onları sıx monitorinq etməklə və onlarla məşğul olan siyasəti yaxşı hazırlamaq və diqqətlə həyata keçirməklə idarə etmək olar.”

Stabilliyi sarsıda biləcək meydana çıxan həssas sahələr artan borc səviyyəsi, dəyişkən kapital axını, valyutanın kəskin dəyərsizləşməsi, yüksək mənzil qiymətləri və sərhədlərarası yayılmanı ehtiva edir. Anti-tsiklik fiskal siyasət iqtisadiyyatı stabilləşdirməyə yardım edə bilər, lakin geniş maliyyə sahəsi tələb edir – hesabatda deyilir. Borcun azaldılması və ya vergi bazasının genişləndirilməsi ilə yanaşı, ölkələr həssas icmaları qorumaq məqsədilə resurslarla zəngin iqtisadiyyatların yaxşı idarə olunan suveren sərvət fondları və sosial müdafiə şəbəkələri kimi anti-tsiklik fiskal bufferlərə investisiya yatıra bilər.  Pul siyasəti çərçivəsində kredit tsiklinə, eləcə də biznes tsiklinə diqqət yetirilməlidir. Lakin iki tsikl hər zaman uyğun gəlmir. 

Daha çevik valyuta məzənnəsi iqtisadiyyatları mənfi xarici təsirlərdən daha yaxşı ayrı tuta bilər, lakin pul siyasəti ilə məşğul olan qurumların güclü volatillikləri yumşaltması üçün tədbirlər görməsi lazım ola bilər. Valyuta məzənnəsinə təzyiqləri azalda biləcək digər seçim isə kapital axınlarına nəzarətin formalaşdırılmasıdır. “Dəyərə kredit və gəlirə borc”a məhdudiyyətlər kimi makroprudensial siyasətlər Qlobal Maliyyə Böhranından sonra daha məşhur olmuşdur. Asiya dünyada makroprudensial tədbirlərdən, xüsusilə mənzil bazarlarının stabilləşdirilməsi məqsədilə ən intensiv istifadə edən region olmuşdur- hesabatda deyilir.  

Belə seçimlərdən əlavə, makroiqtisadi və digər əsasların gücləndirilməsi məqədilə tədbirlərin həyata keçirilməsi vacib olaraq qalır. Sağlam fiskal siyasət, daxili siyasətin əlaqələndirilməsinə cəlb olunan müstəqil mərkəzi banklar, dərin maliyyə sektorları, bazar yönümlü struktur islahatlar və adekvat sosial müdafiə şəbəkələrinin təmin olunması məqsədilə davamlı səylərin ortaya qoyulması tələb olunur.  

AİB ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində səylərini davam etdirərkən çiçəklənən, inkluziv, dayanıqlı Asiya və Sakit okeanı regionunun formalaşdırılması əzmindədir. 1966-cı ildə yaradılmış təşkilatın 67 üzvü var, bunlardan 48-i regionda yerləşir. 2017-ci ildə AİB-in fəaliyyətlərinin dəyəri 11,9 milyard dollar birgə maliyyələşdirmə də daxil olmaqla 32,2 milyard dollar olmuşdur.