HONQ KONQ, ÇİN (28 fevral 2017) — Asiya İnkişaf Bankının (AİB) yeni aparıcı hesabatına əsasən, İnkişaf edən Asiya və Sakit Okean regionunun artım tempinin davam etməsi üçün onun infrastruktur ehtiyacları 2030-cu ilə qədər 22.6 trilyon ABŞ dollarını və ya ildə 1.5 trilyon ABŞ dollarını aşır. İqlimin dəyişməsi təsirlərinin azaldılması və adaptasiya məsrəfləri nəzərə alındıqda, bu məbləğ 26 trilyon ABŞ dollarını aşaraq, ildə 1.7 trilyon ABŞ dolları təşkil edir.
“Asiyanın İnfrastruktur Ehtiyaclarının Ödənilməsi” adlı hesabat regionun enerji, nəqliyyat, telekommunikasiyalar, su təchizatı və kanalizasiya infrastrukturunun diqqət mərkəzində saxlayır. Hesabatda mövcud infrastruktur fondu və investisiyaları, gələcək investisiya ehtiyacları və inkişaf edən Asiya üçün maliyyələşdirmə mexanizmləri təhlil edilir.
“Asiya və Sakit Okean regionunda infrastruktura tələbat mövcud təchizatdan çox yüksəkdir” – ADB-in prezidenti cənab Takehiko Nakao söyləyib. “Asiya yeni və modernləşdirilmiş infrastruktura ehtiyac duyur, hansı ki, keyfiyyət standartını yerinə yetirəcək, iqtisadi artımı dəstəkləyəcək və iqlimin dəyişməsi ilə bağlı təzyiq edici qlobal çağırışa cavab verəcəkdir.”
Hesabatda nəzərdən keçirilən 45 ölkədə infrastruktur tikintisi son onilliklərdə kəskin artım nümayiş etdirərək, artımı dəstəkləyib, yoxsulluğu azaldıb və insanların yaşayışını yaxşılaşdırmışdır. Lakin infrastruktur sahəsində ciddi çatışmazlıq davam edir və 400 milyondan artıq insanın hələ də elektrik enerji təchizatı, 300 milyonun təhlükəsiz içməli su təminatı və təxminən 1.5 milyard insanın baza kanalizasiya infrastrukturu çıxışı yoxdur. Regionun bir çox iqtisadiyyatının onları daha böyük daxili və qlobal bazarlar ilə birləşdirən zəruri limanları, dəmir yolları və yolları yoxdur.
“AİB üzv ölkələr ilə çalışacağına və 50 illik təcrübəmizi və ixtisas gücümüzü regionun infrastruktur ehtiyaclarının ödənilməsi üçün istifadə ediləcəyinə söz verir. İnfrastruktur sahəsində boşluqların aradan qaldırılması üçün özəl sektorun zəruri olduğunu nəzərə alaraq, AİB dövlət-özəl tərəfdaşlığı üçün bank tələblərinə cavab verən layihələrin yaradılması üçün investisiya baxımından müsbət siyasəti və tənzimləyici və institusional islahatları təşviq edəcəkdir,” cənab Nakao söyləyib.
Hesabatın mühüm məqamları:
- İnkişaf edən Asiyanın artım tempinin davam etməsi, yoxsulluğun azaldılması və iqlimin dəyişməsi sahəsində tədbirlərin görülməsi üçün region 2016-2030-cu illər dövründə 26 trilyon ABŞ dolları məbləğində investisiyalar və ya ildə 1.7 trilyon ABŞ dolları yatırmalıdır (iqlim sahəsini nəzərə alan təxmin). İqlim təsirlərinin yumşaldılması və adaptasiya məsrəfləri olmadıqda, 22.6 trilyon ABŞ dolları və ya ildə 1.5 trilyon ABŞ dolları tələb olunacaq (baza hesablama).
- 2016-2030-cu illərdə, iqlimin dəyişməsi nəzərə alınmaqla, ümumi investisiya ehtiyaclarında 14.7 trilyon ABŞ dolları enerji və 8.4 trilyon ABŞ dolları nəqliyyat üçün olacaq. Telekommunikasiyalar sahəsində investisiyalar 2.3 trilyon ABŞ dollarına çatacaq və su təchizatı və kanalizasiya məsrəfləri dövr ərzində 800 milyard ABŞ dolları təşkil edəcəkdir.
- 2030-cu ilə qədər iqlimin dəyişməsi ilə bağlı investisiya ehtiyaclarında Şərqi Asiyanın payı 61% təşkil edəcək. Halbuki, ÜDM-da faiz payına gəldikdə, Sakit Okean bütün digər alt-regionları üstələyərək ÜDM-un 9.1%-i məbləğində investisiyalar tələb edir. Bundan sonra ÜDM-un 8.8%-i ilə cənubi Asiya, 7.8% ilə mərkəzi Asiya, 5.7% ilə cənubi-şərqi Asiya və 5.2% ilə şərqi Asiya gəlir.
- İqlimin dəyişməsi ilə bağlı tədbirləri nəzərə alan illik 1.7 trilyon ABŞ dolları məbləğində təxmin ilə AİB-un 2009-cu ildə hesabladığı 750 milyard ABŞ dolları ilə arasındakı fərq iki dəfədən yüksəkdir. İqlim ilə bağlı investisiyaların əlavə edilməsi töhfə verən mühüm amildir. Bundan daha önəmli amil region üçün proqnozlaşdırılan davamlı sürətli artım tempidir, hansı ki, yeni infrastruktur tələbatını şərtləndirir. 2009-cu ilin hesabatına 32 ölkənin daxil edilməsindən fərqli olaraq, inkişaf edən Asiyanın bütün 45 AİB üzv ölkəsinin daxil edilməsi və 2008-ci ilin deyil, 2015-ci ilin qiymətlərinin istifadə edilməsi, həmçinin, artımı izah edir.
- Hal-hazırda, region hər il infrastruktura təxminən 881 milyard ABŞ dollarını yatırır (adekvat məlumatları olan və region əhalisinin 96%-ni təşkil edən 25 iqtisadiyyat üçün). İnfrastruktur investisiyaları sahəsində boşluq – investisiya ehtiyacları və cari investisiyaların səviyyəsi arasındakı fərq - 2016-2020-ci illər dövrünü əhatə edən 5 illik müddət üçün proqnozlaşdırılan ÜDM-un 2.4%-nə bərabərdir (iqlim ilə bağlı məsrəflər nəzərə alınmaqla).
- Çin Xalq Respublikasının (ÇXR) iqlim məsrəflərini nəzərə alan ssenari üzrə ÜDM-un 1.2%-nə bərabər çatışmazlığı var. ÇXR-siz bu çatışmazlıq qalan 24 iqtisadiyyatının proqnozlaşdırılan ÜDM-un 5%-dən artıq səviyyəyə qalxacaq. Dövlət maliyyəsi sahəsində islahatlar bu 24 iqtisadiyyat üçün çatışmazlığın təxminən 40%-ni (və ya ÜDM-un 2%-ni) təmin edəcək əlavə gəlirlər gətirə bilər. Özəl sektor üçün qalan çatışmazlığın (ÜDM-un 3%-i) aradan qaldırılması hal-hazırda təxminən 63 milyard ABŞ dolları təşkil edən investisiyaların 2016-2020-ci illər dövründə 250 milyard ABŞ dolları qədər yüksək səviyyəyə çatdırılması deməkdir.
- İnfrastrukturun özəl investorlar üçün cəlbediciliyinin artırılması və dövlət-özəl tərəfdaşlığı (DÖT) üçün banklara uyğun olan layihələrin yaradılması üçün tənzimləyici və institusional islahatlar tələb olunur. Ölkələr, DÖT qanunlarının tətbiqi, DÖT satınalmaları və tender proseslərinin təkmilləşdirilməsi, mübahisələrin həlli mexanizmlərinin tətbiqi və müstəqil DÖT hökumət bölmələrinin yaradılması kimi DÖT ilə bağlı islahatları həyata keçirməlidir. Kapital bazarlarının dərinləşdirilməsi, həmçinin, region tərəfindən külli miqdarda yığılmış vəsaitin məhsuldar infrastruktur investisiyalarına yönləndirilməsi üçün tələb olunur.
- Çoxtərəfli investisiya bankları (ÇİB) inkişaf edən Asiyada infrastruktur investisiyalarının təxminən 2.5%-ni maliyyələşdirmişdir. ÇXR və Hindistan çıxıldıqda, ÇİB-lərin töhfəsi 10%-dən yüksəkdir. AİB tərəfindən ayrılan vəsaitin özəl sektorda infrastruktur layihələrinə ayrılan payı artmaqdadır. Maliyyələşdirmədən başqa, AİB yaxşı layihələrin müəyyənləşdirilməsi, planlaşdırılması və həyata keçirilməsi üçün təcrübə və bilikləri paylaşmaqla, Asiya regionunda mühüm rol oynayır. AİB əməliyyatlarının həcmini artırır, layihələrinə daha qabaqcıl və təmiz texnologiyaları inteqrasiya edir və prosedurlarını təkmilləşdirir. AİB, həmçinin, investisiya üçün əlverişli siyasəti və tənzimləyici və institusional islahatları təşviq edəcək.
Baş qərargahı Manilada olan AİB daxiledici iqtisadi artım, ətraf mühit baxımından dayanaqlı artım və regional inteqrasiya vasitəsilə Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılması sahəsində fəaliyyət göstərir. 1966-cı ildə yaradılmış AİB regionda 50 illik inkişaf tərəfdaşlığını qeyd edir. AİB-a 67 üzv sahiblik edir və onların 48 bu regiona aiddir.