ASİYANIN İŞÇİLƏRİ YENİ TEXNOLOGİYALARDAN FAYDALANACAQ, LAKİN HÖKUMƏT TƏRƏFİNDƏN TƏDBİRLƏRİN GÖRÜLMƏSİNƏ DƏ EHTİYAC DUYULUR - AİB-in TƏDQİQATI

News Release | 11 April 2018

HONQ KONQ, ÇİN (11 aprel 2018-ci il) — Son 25 ildə texnoloji irəliləyişlər sənaye və xidmətlər sektorunda ildə 30 milyon iş yerinin yaradılması, məhsuldarlıq və maaşlarda artımın stimullaşdırılması və yoxsulluğun azaldılmasına yardım etməklə Asiyanın iki milyardlıq işçi qüvvəsi olan əmək bazarının transformasiyası ilə nəticələnmişdir - Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında belə qeyd olunur.

Texnologiyanın iş yerlərinə necə təsir etməsi ilə bağlı yeni tədqiqat 2018-ci il üzrə Asiyanın İnkişaf Perspektivləri (ADO) hesabatında xüsusi mövzunu əhatə edən bölməsində ehtiva olunur və burada qeyd olunur ki, regionun bəzi iş yerləri avtomatlaşdırma ilə ləğv edilsə də, əvəzləyici qüvvələr iş yerlərinin ixtisarının kompensasiyasından daha çox faydanı təmin edəcək. ADO AİB-in əsas iqtisadi nəşridir.

“AİB-in son tədqiqatı nümayiş etdirir ki, ümumilikdə, Asiya ölkələri iş yerlərində yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artması, istehsal xərclərinin azalması və tələbatın artması ilə yaxşı inkişaf edəcək" - AİB-in Baş İqtisadçısı Yasayuki Savada belə deyib. " Yeni texnologiyalardan hamının faydalanmasını təmin etmək məqsədilə siyasəti formalaşdıranlar təhsil sektorunda ömürlük təhsili dəstəkləyəcək, əmək bazarının çevikliyini qoruyub-saxlayacaq, sosial müdafiə sistemlərini gücləndirəcək və gəlir bərabərsizliyini azaldacaq islahatları həyata keçirməlidir".  

AİB-in tədqiqatı nümayiş etdirir ki, robot texnikası və süni intellekt kimi sahələrdə irəliləyişlər fonunda belə regionda iş yerləri ilə bağlı perspektivlərlə bağlı optimist olmaq üçün əsaslı səbəblər var. Yeni texnologiyalar adətən iş yeri ilə bağlı bütün tapşırıqları deyil, sadəcə bəzi fəaliyyətləri avtomatlaşdırır.  Bununla yanaşı, iş yerlərinin avtomatlaşdırılması bunun sadəcə texniki və iqtisadi cəhətdən mümkün olduğu sahələrdə həyata keçirilir.

Ehtimal ki, ən əsası artan tələbat - özü yeni texnologiyaların gətirdiyi istehsalla bağlı faydaların nəticəsidir - avtomatlaşdırma nəticəsində iş yerlərinin ixtisarını kompensasiya edir və yeni peşələrin yaranmasına töhfə verir. İnkişaf etməkdə olan Asiyanın 12 iqtisadiyyatında məşğulluqla bağlı dəyişikliklərin AİB tərəfindən 2005-2015-ci illəri əhatə edən təhlili artan ölkədaxili tələbatın texnoloji irəliləyişlərin səbəb olduğu iş yerlərinin ixtisarını kompensasiya etməkdən daha çox fayda verməsi ilə bağlı ideyanı çox dəstəkləyir. Bundan başqa, geniş spektrı əhatə edən məlumatların təhlili nümayiş edir ki, İKT sahəsində yeni işlər meydana gəlmiş və  yeni növ iş yerləri səhiyyə və təhsil, eləcə də maliyyə, sığorta və daşınmaz əmlak sektorlarında meydana çıxmışdır.

Hesabatda qeyd olunur ki, robot texnikası və süni intellekt kimi sahələrdə irəliləyişlər işçilər üçün çağırışlara səbəb olur. Təkrar, müntəzəm tapşırıqları tələb edən iş yerləri və digər sahələrə asanlıqla keçmək üçün təhsil və ya təlimi olmayan işçilər maaşlarında ləng artımı müşahidə edə bilər. Bu, regionda gəlir bərabərsizliyinə səbəb olacaq. Sonda AİB-in hesabatında qeyd olunur ki, intellektual tapşırıqlar, sosial münasibətlər və İKT-nin tətbiqi sahələrində - daha yaxşı təhsil almış və daha yaxşı maaşla təmin olunan şəxslər tərəfindən idarə olunan iş yerlərində - daha intensiv olan iş yerləri son on ildə illik ümumi məşğulluqla müqayisədə 2,6 faiz vahidi daha sürətlə artmışdır. Bundan əlavə, bu iş yerləri üçün orta real əmək haqqı adi və ya mexaniki əmək tələb edən iş yerlərindəkindən daha sürətlə artmışdır.  

Hesabatda qeyd olunduğu kimi, yeni texnologiyaların faydaları işçilər və cəmiyyət arasında geniş şəkildə paylanacaqsa, siyasəti formalaşdıranlar bu zaman proaktiv davranmalıdırlar. Ölkələr kənarda qalacaq işçilərlə bağlı risklərə onları yeni texnologiyaların əksikliyindən müdafiə etməklə və onların yeni imkanlardan yararlanmasını təmin etməklə  cavab verməli olacaq. Bu, bacarıqların inkişaf etdirilməsi, əməyin tənzimlənməsi, sosial müdafiə və gəlirlərin yenidən bölüşdürülməsi ilə bağlı əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini tələb edəcək.

Əsasən yeni texnologiyalar bu sahələrin bir çoxunda həll yollarının təmin olunmasına yardım edə bilər. Fərdi tələbələr üçün hazırlanmış kompüter alqoritmlərini tətbiq edən təhsil metodu olan adaptiv tədris texnologiyası məktəblərdə təhsil nəticələrini yaxşılaşdırmışdır, ölkələr isə onları tətbiq etməli və dəstəkləməlidir. Bənzər olaraq, biometrik identifikasiya sahəsində texnoloji irəliləyişlər xərclərin azaldılması, işsizliklə bağlı mürəkkəb müavinət sistemlərində icra sahəsində çağırışların öhdəsindən gəlmək və işlə təminetmə xidmətlərinin izlənilməsinin həyata keçirilməsi ilə sosial müdafiə proqramların funksiyalarını təkmilləşdirə bilər. Eyni zamanda, ölkələr, həmçinin, yeni texnologiyaların inkişafının insanların faydalanması və onların hüquq və məxfi məlumatlarının müdafiəsi (misal üçün şəxsi məlumatların müdafiə olunması) istiqamətində irəliləməsini təmin etməlidir.     

AİB-in baş qərargahı Manilada yerləşir və onun fəaliyyətləri Asiya və Sakit okeanı regionunda inkluziv iqtisadi artım, ekoloji baxımdan dayanıqlı iqtisadi artım və regional inteqrasiya vasitəsilə yoxsulluğun azaldılmasına həsr olunur. 1966-cı ildə yaradılmış bu təşkilatın 67 üzvü var və onların 48-i regionda yerləşir.