MANİLA, FİLİPPİN (10 dekabr 2020-ci il) — Asiya İnkişaf Bankının (AİB) bu gün yaydığı hesabata görə, Asiyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi fəaliyyətin bu il 0.4% azalması proqnozlaşdırılır. Ancaq region koronavirus xəstəliyi (COVİD-19) ilə bağlı pandemiyanın təsirlərindən bərpa olmağa doğru gedir və 2021-ci ildə 6.8% artım gözlənilir.

Asiyanın İnkişafına Baxış (AİB) üzrə 2020-ci il Buraxılışının müntəzəm əlavəsində təqdim olunmuş yeni artım proqnozu sentyabr ayında proqnozlaşdırılan -0.7% ümumi daxili məhsul (ÜDM) ilə müqayisədə irəliləyişdir. Ancaq 2021-ci il üçün baxış dəyişməmiş qalmaqdadır və region daxilində perspektivlər fərqlidir. Belə ki, Şərqi Asiya ölkələrində bu il artım olacaq, lakin digər sub-regionlarda azalma müşahidə olunacaq.

“Asiyanın inkişaf etməkdə olan ölkələrinə baxışda irəliləyiş nəzərə çarpmaqdadır. Regionun iki ən böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası (ÇXR) və Hindistanda artım proqnozları yenilənib”, deyə AİB-in Baş İqtisadçısı Yasuyuki Savada qeyd edib. “Uzunmüddətli pandemiya əsas risk olaraq qalmaqdadır, ancaq vaksinlə bağlı son dövrdə baş verənlər bu riski yumşaldır. İnkişaf etməkdə olan ölkələrdə vaksinlərin təhlükəsiz, effektiv və vaxtında çatdırılması iqtisadiyyatların yenidən açılmasını və regionda artımın bərpa olmasını dəstəkləmək baxımından həlledici olacaq”.

Pandemiyanın səbəb olduğu karantin və məhdudiyyətlər regionda müxtəlif səviyyələrdə yumşaldılıb. İkinci rübdə əhəmiyyətli dərəcədə azalmış malların ixracı sürətlə artmağa başlayıb. COVİD-19 pandemiyasının təsirinin ilk aylarda əsasən əhatə olunduğu və ya aradan qaldırıldığı Şərqi Asiya və Sakit okean hövzəsi ölkələrində mobillik də COVİD-19-dan əvvəlki səviyyələrə qayıtmaqdadır. Bununla belə, turizmin bərpası ehtimal ki, ləngiyəcək.

Asiyanın inkişaf etməkdə olan əksər sub-regionlarında iqtisadiyyatın bu il azalması proqnozlaşdırılır. Burada yeganə istisna 2020-ci il üçün 1.6%-lik yenilənmiş artım proqnozuna malik Şərqi Asiyadır ki, bu da ÇXR və Çin Taypeyində gözləniləndən sürətlə baş verən bərpa sayəsində baş vermişdir. Şərqi Asiyanın 2021-ci il üçün artım perspektivi 7.0% saxlanılır.

 Cənubi Asiyanın 2020-ci ildə ÜDM-sinin 6.1% azalacağı proqnozlaşdırılır. Bu göstərici sentyabrda 6.8% gözlənilirdi. Cənubi Asiyada artımın 2021-ci ildə 7.2%-ə artacağı proqnozlaşdırılır. Bu sub-regionun ən böyük iqtisadiyyatına malik Hindistan üçün artım proqnozu 2020-ci maliyyə ili (Mİ) üzrə -8.0%-ə artırılıb. Bu göstərici sentyabr ayında -0.9% idi. 2021-ci Mİ üçün proqnoz 8.0%-də saxlanılır.

 Cənub-Şərqi Asiyada iqtisadi artım təzyiq altında qalmaqdadır, çünki COVİD-19-un yayılması və əhatə olunması ilə bağlı tədbirlər davam etməkdədir. Bu, xüsusilə İndoneziya, Malayziya və Filippində baş verir. Bu sub-regionun 2020-ci il üçün artım proqnozu sentyabrda

-3.8%-dən -4.4%-ə dəyişdirilib. 2021-ci il üçün proqnoz da azaldılıb. Belə ki, sentyabr ayı (5.5%) ilə müqayisədə Cənub-Şərqi Asiya ölkələrində iqtisadiyyatın növbəti il 5.2% artması gözlənilir.           

Sakit okean hövzəsi ölkələri üçün göstəricilər həm 2020, həm də 2021-ci il üzrə dəyişməyib. Bunlar müvafiq olaraq -6.1% and 1.3%-dir. Mərkəzi Asiyanın 2020-ci il üçün artım proqnozu -2.1% qalmaqdadır, lakin 2021-ci il üçün proqnoz sentyabr ayı (3.9%) ilə müqayisədə bir qədər azaldılaraq 3.8% təşkil edib.

2020-ci ildə regional inflyasiyanın bir qədər azalaraq 2.8% təşkil etməsi gözlənilir ki, bu göstərici sentyabr ayında 2.9% proqnozlaşdırılırdı. Bu, aşağı neft qiymətləri və tələbatın azalması ilə bağlıdır. 2021-ci il üçün inflyasiyanın 1.9% olması proqnozlaşdırılır ki, bu göstərici sentyabr ayında 2.3% olaraq gözlənilirdi. Neft qiymətləri 2020-ci ildə bir barrel üçün 42.50 dollar saxlanılır və 2021-ci ildə 50 dollara artacağı gözlənilir.

AİB-in illik flaqman iqtisadi nəşri olan ADO hər ilin aprel ayında buraxılır. Onun yenilənmiş versiyası sentyabrda nəşr olunur və qısa əlavələri isə müntəzəm olaraq iyul və dekabr aylarında buraxılır. Asiyanın inkişaf etməkdə olan ölkələri dedikdə AİB-in inkişaf etməkdə olan 46 üzvü nəzərdə tutulur.

AİB ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi vasitəsilə Asiya və Sakit okean regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.

Media Contact