MANİLA ş., FİLİPİNLƏR (6 aprel 2022-ci il) — Daxili tələbatın möhkəmlənməsi və ixracatın davamlı böyüməsi fonunda inkişaf etməkdə olan Asiya dövlətlərində iqtisadi artımın cari ildə 5.2%, 2023-cü ildə isə 5.3% təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Rusiyanın Ukraynaya basqını, davam etməkdə olan koronavirus (COVID-19) pandemiyası və ABŞ-ın Federal Ehtiyatı tərəfindən monetar siyasətin sərtləşdirilməsi ilə əlaqədar meydana çıxan qeyri-müəyyənliliklər həmin proqnozun gerçəkləşməsini təhlükə altına qoyur.

Asiya İnkişaf Bankının (AİB) bu gün dərc etdiyi “2022-ci il üçün Asiyada İnkişafa dair Proqnoz” (AİP) sənədinə görə, bir neçə sub-regionda, o cümlədən Cənubi Asiya və Şərqi Asiyada iqtisadi artım templərinin pandemiyaöncəki hədlərə qayıdacağı gözlənilir. Regiondakı inflyasiya dərəcəsi idarə oluna bilən səviyyədə qalsa da, 2023-cü ildə 3.1%-ə qədər enməzdən öncə cari ildə onun 3.7%-dək qalxacağı proqnozlaşdırılır.

Rusiyanın Ukraynaya basqını Asiyanın iqtisadi artım perspektivləri üçün ən böyük risklərin qaynağıdır. Müharibənin regiondakı dövlətlərin iqtisadiyyatına təsiri özünü artıq neft kimi əmtəələrin qiymətlərinin kəskin qalxması formasında büruzə verməkdədir. Eyni zamanda, silahlı münaqişə fonunda qlobal maliyyə bazarlarının sabitliyinə zərbə vurulmuşdur. Bir çox inkişaf etməkdə olan Asiya dövlətləri COVID-19 pandemiyasının təsirindən zərər çəkməyə davam edir, hətta bəzilərində yoluxma halları yenidən çoxalmağa başlayıb.

“COVID-19 pandemiyasının ən zərərli etapını yavaşcana geridə qoyan inkişaf etməkdə olan Asiya dövlətlərində iqtisadi vəziyyət tədricən sabitləşir,” AİB-in baş iqtisadçısı Albert Park deyərək qeyd etdi. “Lakin, geosiyasi qeyri-müəyyənlilik və COVID-19 pandemiyasının, həmçinin infeksiyanın yeni ştamlarının qabarması adıçəkilən pozitiv irəliləyişləri sarsıda bilər. Regional dövlətlərin hökumətləri bu risklərlə mübarizə etmək üçün onları nəzarət altında saxlamalı, bu istiqamətdə zəruri tədbirlər görməlidir. Buna həmçinin COVID-19 infeksiyasına qarşı tam həcmdə peyvənd olunan əhali sayının maksimal həddə çatdırılması daxildir. Pul-kredit sahəsində hakimiyyət orqanları da inflyasiya vəziyyətinin monitorinqi və ölkənin ümumi indikatorlardan geriləməməsi istiqamətində tədbirlərini davam etdirməlidir.”

Daxili tələbatın canlanması və peyvənd olunan əhali faizinin artması nəticəsində karantin məhdudiyyətlərinin yumşaldılması ilə bərabər Asiyanın ötən il iqtisadi bərpa trayektoriyasına çıxmasına ixracatın artımından da qaynaqlanmışdır. Xüsusilə də Banqladeş, Qırğızıstan Respublikası, Pakistan və Tacıkistan kimi pul köçürmələrindən böyük asılılığı olan dövlətlərdə xaricdən köçürmələr sahəsində də vəziyyətin zəiflənməməsi müşahidə olunur. Maldivlər, Şri-Lanka və Sakit Okean regionunun bəzi dövlətləri də daxil olmaqla səyahət məhdudiyyətlərini ləğv etməyə başlamış ölkələrdə beynəlxalq turizm axınlarının böyüməsi qeyd alınır.

İnkişaf etməkdə olan Asiya dövlətlərinin əksəriyyətində cari ildə və 2023-cü ildə sabit iqtisadi artım müşahidə olunacaqdır. Qafqaz və Mərkəzi Asiya dövlətlərində ortaillik iqtisadi artımın cari ildə 3.6%, növbəti ildə isə 4.0% təşkil edəcəyi proqnozlaşdırılır. Cənub-Şərqi Asiyanın ticarətdən asılı dövlətləri üzrə bütövlüklə iqtisadi artımın cari ildə 4.9%, 2023-cü ildə isə 5.2% təşkil edəcəyi proqnozlaşdırılır. Turizmdən çox böyük asılılığı olan Sakit Okean dövlətlərində iqtisadiyyatın 2021-ci ildəki 0.6%-lik daralmadan sonra cari ildə 3.9%, 2023-cü ildə isə 5.4% artacağı gözlənilir.

Şərqi Asiyada iqtisadi artımın cari ildə 4.7%, 2023-cü ildə isə 4.5% təşkil edəcəyi gözlənilir. İxracın davamlı şəkildə möhkəmlənməsi fonunda regionun ən iri iqtisadiyyatı olan Çin Xalq Respublikasında artımın cari ildə 5.0%, növbəti ildə isə 4.8% təşkil edəcəyi proqnozlaşdırılır. Bütövlüklə Cənubi Asiya dövlətlərində iqtisadi artımın 2022-ci ildə 7.0%, 2023-cü ildə isə 7.4% təşkil edəcəyi, sub-regionun ən iri iqtisadiyyatı olan Hindistanda isə artımın cari maliyyə ilində 7.5%, növbəti maliyyə ilində isə 8.0% olacağı gözlənilir.

2022-ci il üçün AİP hesabatında “2022-ci il üçün AİP” icmalında COVID-19 ilə əlaqədar məktəblərin bağlanması nəticəsində təhsil itkiləri üzrə xüsusi təhlilin nəticələri əks olunur. Qeyd edilir ki, həmin təhsil itkilərin ən böyük hissəsinin qızların və yoxsul təbəqədən təhsilalanların payına düşməsi onların gələcək qazanc potensialını azaldır, qeyri-bərabərliliyi isə artırır. Hesabatın xüsusi mövzusu təhsil və qazanc itkiləri üzrə AİB-in 2021-ci ilin aprel ayında dərc etdiyi əvvəlki araşdırmanın nəticələrinin aktuallaşdırılmasıdır.

AİB Asiya və Sakit Okean regionunun rifahlı, inklüziv, güclü və dayanıqlı olmasına, eləcə də yoxsulluğun aradan qaldırılmasına səylərini əsirgəməyəcəkdir. 1966-cı ildə yaradılmış AİB 49-u bu regiondan olan cəmi 68 iştirakçı dövlətə məxsusdur.

GDP growth rate and inflation, % per year

  GDP growth Inflation
  2020 2021 2022 2023 2020 2021 2022 2023
Developing Asia -0.8 6.9 5.2 5.3 3.2 2.5 3.7 3.1
 
Caucasus and Central Asia -2.0 5.6 3.6 4.0 7.7 8.9 8.8 7.1
Armenia -7.4 5.7 2.8 3.8 1.2 7.2 9.0 7.5
Azerbaijan -4.3 5.6 3.7 2.8 2.8 6.7 7.0 5.3
Georgia -6.8 10.6 3.5 5.0 5.2 9.6 7.0 4.0
Kazakhstan -2.5 4.0 3.2 3.9 6.8 8.0 7.8 6.4
Kyrgyz Republic -8.4 3.6 2.0 2.5 6.3 11.9 15.0 12.0
Tajikistan 4.5 9.2 2.0 3.0 9.4 8.0 15.0 10.0
Turkmenistan ... 5.0 6.0 5.8 10.0 12.5 13.0 10.0
Uzbekistan 1.9 7.4 4.0 4.5 12.9 10.7 9.0 8.0
 
East Asia 1.8 7.6 4.7 4.5 2.2 1.1 2.4 2.0
Hong Kong, China -6.5 6.4 2.0 3.7 0.3 1.6 2.3 2.0
Mongolia -4.6 1.4 2.3 5.6 3.7 7.1 12.4 9.3
People's Republic of China 2.2 8.1 5.0 4.8 2.5 0.9 2.3 2.0
Republic of Korea 0.9 4.0 3.0 2.6 0.5 2.5 3.2 2.0
Taipei,China 3.4 6.4 3.8 3.0 -0.2 2.0 1.9 1.6
 
South Asia -5.2 8.3 7.0 7.4 6.5 5.7 6.5 5.5
Afghanistan -2.4 ... ... ... 5.6 5.2 ... ...
Bangladesh 3.4 6.9 6.9 7.1 5.7 5.6 6.0 5.9
Bhutan -10.1 3.5 4.5 7.5 5.6 7.4 7.0 5.5
India -6.6 8.9 7.5 8.0 6.2 5.4 5.8 5.0
Maldives -33.5 31.6 11.0 12.0 -1.4 0.5 3.0 2.5
Nepal -2.1 2.3 3.9 5.0 6.2 3.6 6.5 6.2
Pakistan -1.0 5.6 4.0 4.5 10.7 8.9 11.0 8.5
Sri Lanka -3.6 3.7 2.4 2.5 4.6 6.0 13.3 6.7
 
Southeast Asia -3.2 2.9 4.9 5.2 1.5 2.0 3.7 3.1
Brunei Darussalam 1.1 -1.5 4.2 3.6 1.9 1.7 1.6 1.0
Cambodia -3.1 3.0 5.3 6.5 2.9 2.9 4.7 2.2
Indonesia -2.1 3.7 5.0 5.2 2.0 1.6 3.6 3.0
Lao Peoples Dem. Rep. -0.5 2.3 3.4 3.7 5.1 3.7 5.8 5.0
Malaysia -5.6 3.1 6.0 5.4 -1.1 2.5 3.0 2.5
Myanmar 3.2 -18.4 -0.3 2.6 5.7 3.6 8.0 8.5
Philippines -9.6 5.6 6.0 6.3 2.4 3.9 4.2 3.5
Singapore -4.1 7.6 4.3 3.2 -0.2 2.3 3.0 2.3
Thailand -6.2 1.6 3.0 4.5 -0.8 1.2 3.3 2.2
Timor-Leste -8.6 1.8 2.5 3.1 0.5 3.8 2.6 2.7
Viet Nam 2.9 2.6 6.5 6.7 3.2 1.8 3.8 4.0
 
The Pacific -6.0 -0.6 3.9 5.4 2.9 3.1 5.9 4.7
Cook Islands -5.2 -29.1 9.1 11.2 0.7 2.2 4.3 4.0
Federated States of Micronesia -3.8 -1.2 2.2 4.2 -2.9 2.0 4.6 2.0
Fiji -15.2 -4.1 7.1 8.5 -2.6 0.2 4.5 4.0
Kiribati -0.5 1.5 1.8 2.3 2.3 1.0 5.0 3.7
Marshall Islands -2.2 -3.3 1.2 2.2 -0.8 1.0 4.1 4.0
Nauru 0.8 1.5 1.0 2.4 0.9 1.2 2.3 2.2
Niue ... ... ... ... ... ... ... ...
Palau -9.7 -17.1 9.4 18.3 0.7 0.5 4.3 4.2
Papua New Guinea -3.5 1.3 3.4 4.6 4.9 4.5 6.4 5.1
Samoa -2.6 -8.1 0.4 2.2 1.5 -3.0 8.9 3.2
Solomon Islands -4.5 -0.5 -3.0 3.0 3.0 -0.2 5.0 4.0
Tonga 0.7 -3.0 -1.2 2.9 0.2 1.4 7.6 4.2
Tuvalu 1.0 1.5 3.0 3.0 1.6 6.7 3.8 3.3
Vanuatu -7.5 -1.0 1.0 4.0 5.3 2.1 4.8 3.2

... = unavailable, GDP = gross domestic product.

Note: Because of the uncertain situation in Afghanistan, no estimates/forecasts are provided for 2021-2023. In Turkmenistan, 2020 data is not presented due to absence of a uniform database.

Media Contact