MANİLA ş., FİLİPİNLƏR (15 sentyabr 2020-ci il) — Asiya İnkişaf Bankı (AİB) tərəfindən bu gün dərc edilmiş hesabata əsasən, Asiyanın inkişaf etməkdə olan bölgələrinin iqtisadiyyatının cari ildə altı onilliyə yaxın dövrdə ilk dəfə daralacağı, lakin gələn il region yeni növ koronavirus (COVID-19) pandemiyasının səbəb olduğu iqtisadi tənəzzüldən çıxmağa başladıqca canlanma trayektoriyasına qayıdacağı gözlənilir.

“2020-ci il üzrə Asiyanın Dəqiqləşdirilmiş İnkişaf Perspektivləri” (ADO) adlı hesabatda cari il üzrə Asiyanın inkişaf etməkdə olan bölgələrində ümumi daxili məhsulun (ÜDM) artımının -0.7% olacağı proqnozlaşdırılır. Belə ki, iqtisadi artım 1960-cı illərin əvvəlindən ötən dövrdə ilk dəfə mənfi olacaqdır. 2021-ci ildə iqtisadi artım tempi 6.8%-ə qalxacaqdır. Bu, artımın 2020-ci ilin zəif göstəricisinə nisbətən ölçüləcəyi ilə qismən izah olunur. Bununla belə, gələn ilin ümumi nəticəsi pandemiyaöncəki proqnoz hədlərindən aşağı olacaqdır ki, bu da iqtisadiyyatın V-sayağı deyil, L-sayağı trayektoriyaya əsasən dirçələcəyini düşünməyə əsas verir. Region ölkələrinin təxminən dörddə üçündə 2020-ci ildə mənfi iqtisadi artımın müşahidə olunacağı gözlənilir.

AİB-in Baş İqtisadçısı cənab Yasuyuki Savadaın sözlərinə görə, “Asiya və Sakit Okean regionundakı ölkələrinə əksriyyətində 2020-ci ilin sonunadək artımla bağlı çətinliklərlin yaşanacağı ehtimal oluna bilər. COVID-19 pandemiyası ilə bağlı iqtisadi təhdid güclü olaraq qalır, çünki birinci dalğanın səngiməməsi və ya yeni dalğaların əməl gəlməsi karantin rejimini uzatmaq zərurəti ilə nəticələ bilər.  Ən həssas təbəqələrdən insanların həyat və dolanışlarının mühafizəsinə, eləcə də əmək və biznes fəaliyyətinin sağlamlıq üçün təhlükəsiz qaydada bərpasına fokuslanan siyasət prioritetləri mərkəzdə olmaqla, pandemiyaya qarşı davamlı və qarşılıqlı əlaqə şəklində tədbirlərin görülməsi regiondakı iqtisadi bərpanın inklüzivliyi və dayanıqlığını təmin etməkdə olduqca əhəmiyyətli yer tutmağa davam edəcəkdir.”

COVID-19 pandemiyasının uzun müddət davam etməsi həm cari il, həm gələn il üzrə regionun iqtisadi artım perspektivləri üçün ən böyük təhlükə mənbəyidir. Bu riski tənzimləmək üçün regiondakı ölkələrin hökumətləri tərəfindən geniş çeşidli siyasət tədbirləri, o cümlədən ümumregional ÜDM-in təxminən 15%-nə bərabər olaraq 3.6 trilyon dollar dəyərində stimul paketləri (əsasən gəlirlərin qorunmasına yönəlmiş stimul paketləri) qəbul edilmişdir.

İqtisadi artım üçün başqa risk mənbələrinə geosiyasi gərginliklər, o cümlədən Amerika Birləşmiş Ştatları ilə Çin Xalq Respublikası (ÇXR) arasındakı ticarət və texnologiya toqquşmasının eskalasiyası, eləcə də pandemiyanın uzun müddət davam etdiyi təqdirdə sərtləşəcəyi gözlənilən bilən maliyyə çətinlikləri aiddir.

ÇXR tənəzzülə təb gətirməkdə olan regionun cəmi bir neçə ölkəsi arasındadır. Effektiv sanitar-epidemioloji tədbirlərin inkişaf üçün münbit şərait yaratması fonunda cari ildə ÇXR iqtisadiyyatının 1.8%, 2021-ci ildə isə 7.7% artacağı gözlənilir. Sərt karantin rejiminin tətbiqi səbəbi ilə istehlakçı və korporativ alqı-satqı əməliyyatlarında durğunluq durumuna gəlmiş Hindistanda maliyyə ilin birinci rübündə ÜDM-in rekord həddə enişi – 23.9% - qeydə alınmışdır. 2021-ci maliyyə ilində 8% artmazdan öncə 2020-ci maliyyə ili üzrə ÜDM-in 9% azalacağı proqnozlaşdırılır.

İqtisadiyyatının 1.3% artacağı, 2021-ci ildə isə 7.0% həddinə qalxaraq güclü dirçəlişə nail olacağı proqnozlaşdırılan Şərqi Asiya istisna olmaqla, Asiyanın inkişaf etməkdə alt-bölgələrinin cari ili mənfi iqtisadi artım göstəriciləri ilə başa vuracaqları gözlənilir. Ticarət və turizm sahələrindən böyük asılılığı olan bəzi ölkələrdə, xüsusilə Sakit Okean və Cənubi Asiya regionu ölkələrində iqtisadiyyatın ikirəqəmli azalması gözlənilir. Sakit Okean regionundakı bəzi ölkələr, o cümlədən Kuk Adaları, Mikroneziya Federativ Ştatları, Marşal Adaları, Palau, Samoa və Tonqa istisna olmaqla, proqnoz hesablamaların əsasən Asiyanın inkişaf etməkdə olan bölgələrinin əksəriyyətində iqtisadiyyat dirçələcəkdir.

Asiyanın inkişaf etməkdə olan bölgələri üzrə cari il üçün inflyasiya proqnozu neft qiymətlərinin və tələbatın davamlı olaraq aşağı həddə qalması səbəbi ilə aprel ayındakı 3.2%-dən 2.9%-ə endirilmişdir. 2021-ci ildə inflyasiyanın daha da azalaraq 2.3%-ə düşəcəyi proqnozlaşdırılır.

“ADO 2020” hesabatının dəqiqləşdirilmiş buraxılışında əhali COVID-19 pandemiyasının fiziki və psixi səhhətə vurduğu ciddi ziyanından sağaldıqca ümumi sağlamlıq halının vacibliyinə həsr olunmuş “Ağır dönəmlərdə sağlamlıq halı” adlı tematik bölüm vardır. Bu bölümdə regionun sağlamlığın qorunması üzrə zəngin ənənələrinə müraciət etdiyi, hökumətlər isə müvafiq siyasətləri qəbul edərək tətbiq etdiyi halda sağlamlağın inklüziv iqtisadi artımın hərəkətverici qüvvələrindən biri ola bilməsi əsaslandırılır.

AİB Asiya və Sakit Okean regionunun rifahlı, inklüziv, güclü və dayanıqlı olmasına, eləcə də yoxsulluğun aradan qaldırılmasına səylərini əsirgəməyəcəkdir. 1966-cı ildə yaradılmış AİB 49-u bu regiondan olan cəmi 68 iştirakçı dövlətə məxsusdur.

Media Contact