HONQ KONQ, ÇİN (11 aprel 2018-ci il) — İnkişaf etməkdə olan Asiya regionundakı əksər iqtisadiyyatlarda müşahidə olunan iqtisadi artım ixraca davamlı, yüksək tələbat və sürətlə artan ölkədaxili tələbatla dəstəklənir - Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında belə qeyd olunur.

2018-ci il üzrə Asiyanın İnkişaf Perspektivləri (ADO) adlı yeni hesabatında AİB Asiya və Sakit okeanı regionunda ümumi daxili məhsulun (ÜDM) artımının 2017-ci ildə qeydə alınan 6,1 faizlə müqayisədə bir qədər azalaraq, 2018-ci ildə 6 faiz, 2019-cu ildə isə 5,9 faizə çatacağını proqnozlaşdırır. Yüksək gəlirli  yeni sənayeləşmiş iqtisadiyyatlar istisna olmaqla, iqtisadi artımın 2018-ci ildə 6.5 faiz və 2019-cu ildə 6,4 faiz olacağı gözlənilir, bu, 2017-ci ildəki göstərici - 6,6 faizdən azdır. ADO AİB-in illik, əsas iqtisadi nəşridir.   

“İnkişaf etməkdə olan Asiyadakı iqtisadiyyatlar sağlam siyasət, ixracatın genişlənməsi və davamlı ölkədaxili tələbatla stimullaşan cari iqtisadi artım tempini qoruyub-saxlayacaq" - AİB-in Baş İqtisadçısı Yasuyuki Savada belə deyib. " Güclü regional ticarət bağları və inkişaf etməkdə olan maliyyə bufer ölkələri regionu potensial xarici şoklara, eləcə də artan ticarət gərginlikləri ilə bağlı risklərə və ölkədən kapitalın sürətlə axmasına  tab gətirmək üçün yaxşı mövqeləndirir.”

Sənaye ölkələrinin iqtisadi artımının bərpası davam edir və ABŞ və avro zonanın Yaponiya ilə birgə iqtisadi artımının 2019-cu ildə 2 faizə qədər yavaşlamasından öncə 2018-ci ildə onun 2,3 faizə qədər böyüyəcəyi gözlənilir. Bu yaxınlarda vergilərin azaldılması Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin tədricən sərtləşdirilməsi ilə inflyasiya nəzarətdə saxlanıldığından ABŞ-da iqtisadi artımı sürətləndirəcək. Eyni zamanda, biznes etibarının artması və asan pul siyasəti avro zona və Yaponiyada iqtisadi artımı dəstəkləyəcək. 

Xidmət sektoru Çin Xalq Respublikasının (ÇXR) davamlı iqtisadi artmını 2017-ci ildə 8 faizə qədər artıraraq stimullaşdırır. ÇXR-də iqtisadi artım 2017-ci ildə 6,9 faiz sürətli böyümədən sonra 2018-ci ildə 6,6 faiz, 2019-cu ildə isə 6,4 faiz yavaşlayacaq.  Ölkə daxilində və xaricdə güclü tələbat ÇXR-də aparılan iqtisadi islahatlarla birgə davamlı iqtisadi artımın və makroiqtisadi stabilliyin bünövrəsini qoyur. 

Cənubi Asiyada iqtisadi artım dünyada ən sürətli artımlardan biridir və regionun ən iri iqtisadiyyatı Hindistanın iqtisadi artımının bərpası ilə stimullaşır. Hindistanın iqtisadi artımının 2017-ci maliyyə ilində (Mİ) proqnozlaşdırılan 6,6 faizdən sonra 2018-ci Mİ-də 7,3 faiz, 2019-cu Mİ-də isə 7,6 faizə çatacağı gözlənilir. Yüksək dəyərli banknotların demonitizasiyasının təsirləri yayılmışdır və mal və xidmətlərə vergilərin tam tətbiqi 2019-cu il ərzində iqtisadi artımı gücləndirəcək. 

Cənubi Asiya qlobal ticarətin və əmtəə məhsullarının qiymətlərinin artmasından faydalanmağa davam edir. Subregionun 2017-ci ildə iqtisadi artım tempi 5,2 faizin həm 2018, həm də 2019-cü ildə saxlanacağı gözlənilir. Yüksək investisiyalar və ölkədaxili istehlak İndoneziya, Filippin və Taylandda iqtisadi artımı sürətləndirəcək, sənaye bazasında genişlənmə isə Vyetnamda iqtisadi artımı stimullaşdıracaq. 

Mərkəzi Asiyada iqtisadi artımın əmətəə qiymətlərinin artması fonunda 2018-ci ildə 4 faiz, 2019-cu ildə isə 4,2 faiz olacağı gözlənilir. Eyni zamanda, Sakit okeanı regionunun ən iri iqtisadiyyatı Papua Yeni Qvineyada zəlzələ nəticəsində müvəqqəti qaz istehsalının dayandırılması stabilləşdiyindən regionda iqtisadi artım növbəti iki ildə 2,2 və 3 faizə çıxacaq. 

Asiyanın istehlak və əmtəə qiymətlərində artım regionda yüksək inflyasiyanı sürətləndirəcək. Regionun istehlakçı qiymətlərində inflyasiyanın 2018 və 2019-cu illərdə sürətlənərək 2,9 faiz olacağı proqnozlaşdırılır, halbuki bu rəqəm 2017-ci ildə 2,3 faiz idi. Lakin növbəti iki il üçün inflyasiya ilə bağlı proqnozlar region üçün 10 illik orta rəqəm 3,7 faizdən çox aşağıdır.   

Perspektivlərlə bağlı risklər əsasən ticarət gərginliklərinin artması ilə bağlı qorxulardan irəli gələrək azalmağa meyillidir. Seçilmiş məhsullara ABŞ-ın tətbiq etdiyi son tariflər hələ ticarəti azaltmayıb, lakin ABŞ tərəfindən tədbirlərin davam etdirilməsi və onlarla bağlı cavab tədbirləri Asiya və Sakit okeanında biznes və istehlakçı etibarını sarsıda bilər. ABŞ-da tətbiq edilən yüksək faiz dərəcələri kapitalın ölkədən axınını sürətləndirə bilər, baxmayaraq ki, bu risk regionda yüksək likvidlik nəticəsində müəyyən dərəcədə azaldılmışdır. Xoşbəxtlikdən Asiyada əksər iqtisadiyyatlar bu çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqedədir.

Özəl sektorda borclanmanın artması bəzi Asiya iqtisadiyyatlarında narahatlıq doğurur. AİB-in ADO üçün hazırladığı tədqiqat yığılan borcun sadəcə qısa müddətdə iqtisadiyyatlara müsbət təsirini nümayiş etdirir. İnkişaf etməkdə olan Asiya ölkələrində özəl sektorda borclanma qlobal maliyyə böhranından sonra nəzərəçarpan dərəcədə artmış və onun istehsala məhdud təsirləri göstərir ki, bütün əlavə borcların hamısı səmərəli investisiyalara yönləndirilmir. Ölkələr regional maliyyə sistemlərinin gücləndirilməsi ilə bu riskin öhdəsindən gələ bilər.

AİB-in baş qərargahı Manilada yerləşir və onun fəaliyyətləri Asiya və Sakit okeanı regionunda inkluziv iqtisadi artım, ekoloji baxımdan dayanıqlı iqtisadi artım və regional inteqrasiya vasitəsilə yoxsulluğun azaldılmasına həsr olunur. 1966-cı ildə yaradılmış bu təşkilatın 67 üzvü var və onların 48-i regionda yerləşir.

Media Contact