Sinqapur (23 okytabr, 2018) – Asiya İnkişaf Bankı-nın hazırladığı yeni hesabata əsasən, Asiya və Sakit Okean Hövzəsi ölkələrinin sərhədyanı problemlərinin, həmçinin infrastruktur boşluqları, ticarət əlaqələrinin qurulması, maliyyə böhranı, iqlim və təbii fəlakət nəticələrin aradan qaldırılmasının həllində regional əməldaşlığın artan rolu var.

2018 Asiya İqtisadi İnteqrasiya Hesabatında (AİİH) deyilir ki, regiona ümumi faydası olması üçün ölkələrə və onların qonşularına təsir edən problemlərin aradan qaldırılmasında kollektiv fəaliyyət, ölkələrin fərdi fəaliyyətlərindən daha effektivdir. Regiona ümumi faydası olan işlərə, sərhədyanı infrastruktur, yoluxucu xəstəliklərə nəzarət və fəlakət riskinin aradan qaldırılması kimi ölkələr arasındakı mövcud xidmətlər, prosedurlar və qaydalar aiddir.

AİB-nın Baş İqtisadçısı Yasuyuki Sawada, “Gücləndirilmiş regional əməkdaşlıq və koordinasiya, xüsusilə milli və qlobal fəaliyyət çərçivəsində olduqda, ölkələrə regional məsələlərin həllində köməklik edə bilər. Çoxtərəfli inkişaf bankları, region üçün ümumi faydanı artırmaq məqsədilə bilik və maliyyələşdirmədə boşluqların aradan qaldırılmasını və həmçinin ölkələr arasında uzun müddətli prosedur siyasəti dialoqunu təbliğ etməkdə yardımcı ola bilər.”

Bu hesabat, Asiya qitəsində regional səviyyədə ümumi fayda kəsb edən fəaliyyətlərin təsis edilməsi və inkişafına diqqəti cəlb edir. Məsələn, 2014-cü ildə 18 Asiya ölkəsi rəhbəri tərəfindən qəbul edilmiş təşəbbüs regionun ölkələrini bütün regionun faydası naminə 2030-cu ilə qədər malyariyanın aradan qaldırılması sahəsində birgə fəaliyyətə sövq etmişdir.  AİB-nın, Mekkong bölgəsi sərhəd bölgələrində yoluxucu xəstəliklərə nəzarətlə bağlı Böyük Mekong Altregionu Sağlamlıq Təhlükəsizliyi Layihəsi bü cür fəaliyyətlərin bir hissəsidir. Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq-a üzv ölkələr arasında ticarətin gücləndirilməsi proqramları regiondaxili ticarət və iqtisadi yüksəlişi artırmışdır.

Asiyada regiondaxili ticarət  2016-cı ildəki dünya ticarətinin bölgədəki öz payını 57.2%-dən 2017 ildə 57.8%-ə yüksəltmişdir. Regional ticarətdəki canlanma 2012-ci ildən sonrakı geriləmədən sonra qlobal istehsal-istehlak zəncirinin gənişlənməsi ilə izah oluna bilər. Regiondaxili birbaşa xarici investisiyada da yüngül artış var – 2016-cı ildəki 254 milyard 700 milyondan 2017-ci ildəki 260 milyarda artış qeyd olunub. 

Hesabat qeyd edir ki, Asiya və Sakit Okean Hövzəsi Regionunda artan ticarət və investisiya əlaqələri gələcəkdə qlobal iqtisadiyyata təsir edə biləcək qeyri-müəyyənliyə qarşı müdafiə mexanizmi olar bilər. Bununla belə, hesabat qeyd edir ki, ticarət siyasətinə bağlı qeyri-müəyyənlik regional və qlobal ticarətin canlanmasını, istehlakçı rəylərini və şirkətlərin kapital xərclərə və investitiyalara olan inamını məhdudlaşdıra bilər.

Hesabatda qeyd edilir ki, AİB-nın Asiya-Sakit Okean Bölgəsi Regional İnkişaf və İnteqrasiya İndeksinə (ARCII) əsasən, Asiya və Sakit Okean Hövzəsi Regionunda inteqrasiya 2015-dəki 0.525 göstəricisindən 2016-dakı 0.530-a yüksəlmişdir. Bunun iqtisadi artışa və yoxsulluğun azalmasına müsbət təsiri olmuşdur. 

Bu indeks ölçüm vahidi aşağıdakı digər 6 alt-indeski də özündə birləşdirir: Ticarət və investisiya, pul və maliyyə, regional istehsal-istehlak zənciri, infrastruktur və regional bağlantılıq, insanların hərəkəti, və institusional və sosial inteqrasiya.

Azərbaycan AİB-a 1999-cu ildə üzv olduqdan bu günə qədər, bank tərəfindən ümumilikdə 4 milyard 850 milyon dollarlıq 32 kredit proqramını təsdiq edib. Bu proqramlara 500 milyon dollarlıq kredit qarantiyası və 27 milyon 800 min dollar texniki dəstək qrantları olan ümumi 1 milyard 200 milyon dollarlıq özəl sektora ayrılan 10 kredit proqramı da daxildir.

Media Contact