fbpx Azərbaycan və Asiya İnkişaf Bankı (1999-2019): 20 illik tərəfdaşlıq | Asian Development Bank

Azərbaycan və Asiya İnkişaf Bankı (1999-2019): 20 illik tərəfdaşlıq

Publication | November 2019
Azərbaycan və Asiya İnkişaf Bankı (1999-2019): 20 illik tərəfdaşlıq

Bu nəşrdə Azərbaycanda şaxələndirilmiş, inklyuziv və dayanıqlı artım naminə Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Hökuməti arasında əməkdaşlığın və birgə səylərin xülasəsi təqdim edilir.

Azərbaycanın ən iri çoxtərəfli inkişaf tərəfdaşı olaraq, AİB 1999 ildən etibarən ölkəyə maliyyə dəstəyi göstərmək məqsədilə 5 milyard ABŞ dollarından artıq məbləği səfərbər edib. Bu dövr ərzində AİB-in dəstəklədiyi layihələrin və proqramların icrası nəticəsində 485000 insan fasiləsiz içməli su ilə təchiz olunub, 240000 insan daşqın və subasmaların təsirindən müdafiə olunub, 100000 ev təsərrüfatı elektrik enerjisi ilə təmin edilib, 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir edilib. Kitabçada, 20 illik tərəfdaşlığın xronologiyası, göstərilmiş yardımların icmalı və əməkdaşlığın başlıca nailiyyətləri ilə yanaşı, AİB-in 2019–2023 illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyası təqdim olunur.