Asiya İnkişaf Bankı və Azərbaycan arasında Tərəfdaşlığa dair Məlumat Vərəqi

Publication | July 2018

AİB Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, yeni iqtisadi imkanların dəstəklənməsi, inkluziv iqtisadi artımın gücləndirilməsi, habelə şəhər və kənd yerləri arasında bərabərsizliyin azaldılması sahəsində ölkəni dəstəkləyir.

Azərbaycan 1999-cu ildə AİB-ə üzv olmuşdur. AİB bu vaxtdan etibarən ölkə üzrə 4,61 milyard dollar dəyərində kredit, zəmanət, qrant və texniki yardımı təsdiq etmişdir.

Hökumətin Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq, AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarəetməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyatları ehtiva edəcək.

Bazar tələblərinə cavab verməklə AİB-in özəl sektordakı fəaliyyətləri ticarət, maliyyə, kiçik və orta müəssisələrin genişləndirilməsi və infrastrukturun inkişafı ilə bağlı layihələrlə əməkdaşlıq etmək üçün imkanlar axtarışındadır.

Hər il yenilənməklə AİB-in Məlumat Bülletenində Azərbaycanla bağlı sosial və iqtisadi göstəricilər, eləcə də AİB-in ölkədə fəaliyyətləri ilə bağlı icmal və əlaqə məlumatları təqdim olunur.

Additional Details

Type
Series
Subjects
  • ADB administration and governance
  • ADB funds and products
Countries
  • Azerbaijan

Subscribe to our monthly digest of latest ADB publications.

Follow ADB Publications on social media.