Bu layihə çərçivəsində dünyada neft və qaz investisiyaları üçün çağırışlarla dolu bir vaxtda hökumətə ən iri, gəlir gətirən aktivlərindən birinin inkişafını davam etdirməkdə yardım edəcək 500 milyon dollar dəyərində birbaşa qeyri-suveren kredit və 500 milyon dollar dəyərində suveren zəmanətli qismən təminatlı kredit cəlb olunur.
Müştəri
Cənub Qaz Dəhlizi
AİB-in yardımı
500 milyon dollar dəyərində birbaşa qeyri-suveren kredit; 500 milyon dollar dəyərində suveren zəmanətli, qismən təminatlı kredit
Əsas xüsusiyyətlər
- Dünyanın ən iri qaz yataqlarından biri olan Şah Dəniz Qaz Yatağının İşlənilməsi Layihəsinin İkinci Mərhələsi 2006-cı ildə qaz hasilatına başlamışdır.
- Azərbaycanın təbii qaz sektoru oxşar qaz mənbələrinin işlənilməsi üçün xarici operatorlara stimul verməklə, çox ehtiyac olan texniki bilikləri, inkişafla bağlı təcrübəni və xarici kapitalı cəlb etməklə bütövlükdə genişlənəcək.
- Qaz istehsalında artım və Avropa bazarının Azərbaycanın qaz ixracı üçün açılması regional inteqrasiyanı gücləndirəcək və Azərbaycanın təbii qaz ixrac bazarlarını şaxələndirəcək.
- Azərbaycanda iri layihənin maliyyələşdirilməsində xarici kommersiya banklarının uğurlu təcrübəsi digər qaz yataqlarının işlənilməsi layihələrinin, eləcə də təbii qazdan xammal kimi istifadə edən neft emalı və neft kimya layihələrinin inkişafına birbaşa xarici investisiyaların cəlb olunmasının artırılmasına yardım edəcək.
AİB-in dəyər əlavəsi
- Beynəlxalq banklardan iri, uzun müddətli kommersiya maliyyələşdirməsinin cəlb olunmasını dəstəkləmək.
- Ölkənin neft və qaz sektorunda korporativ dövlət idarəçiliyi və şəffaflığı təkmilləşdirmək.
- Dünyada neft və qaz investisiyaları üçün çağırışlarla dolu bir vaxtda hökumətə ən iri, gəlir gətirən aktivlərindən birinin inkişafını davam etdirməkdə yardım etmək.
Təsdiq tarixi
7 dekabr 2016-cı il
Mövzu ilə bağlı araşdırma ilk dəfə "Asiya İnkişaf Bankının Özəl Sektor üzrə Fəaliyyətləri" adlı broşurada dərc olunmuşdur. Bu broşura AİB-in Özəl Sektoru üzrə Faəliyyətlər Departamentinin fəaliyyətini təsvir edir. Onun məqsədi, sektora dəstəyi, portfeli və layihələr üzrə mövzu araşdırmaları 2016-cı ildə təsdiq olunmuşdur.